• Çizkek resepti

Reseptin məlumatları Baxış sayı: 22 355

Tarix : 18-12-2014, 10:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 paket yulaflı biskvit
150 qram kərə yağı
1 çay qaşığı darçın
1 çimdik duz

Kremi üçün:
1 stəkan şəkər tozu
2 yumurta
1 paket vanil
1/2 paket qabartma tozu
1 qutu krem (3 xörək qaşığı)
1 limon
50 qram holland pendiri
3-4 ədəd əridilmiş holland pendiri

Üstü üçün:
1 paket jele tozu
2 stəkan albalı şirəsi və ya limonad
2 xörək qaşığı şəkər tozu
Bir qədər su

Bəzək üçün:
Çeşidli bəzək şəkərləri
Təzə nanə
Şokolad sousu

Hazırlanması:
Əvvəlcə 2 paket yulaf biskvitiləri qabda blender ilə əzin, toz halına salın. 150 qram kərə yağını tavada əridin, əzilmiş biskviti yağa əlavə edin. Darçın əlavə edin və qarışdırın. Qulplu kek qəlibinə qarışığı tökün, yayın, üzərindən azacıq basın, çox da dərin olmayan çuxur yaradın.
Ayrı bir qabda 2 yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra oraya holland pendiri, əridilmiş pendir, vanil, un və qabartma tozunu qatıb qarışdırın, bu qarışığı kek qabındakı qarışığın üzərinə tökün, üstünü çay qaşığı ilə hamarlayın.
Daha sonra 200 dərəcəyə qədər qızdırılmış sobaya qoyun, üstü qızarana qədər bişirin, bişən kimi soyudun. Başqa qabda jel tozunu hazırlayın və kekin üzərinə ğökün.
Çizkeki soyuducuda soyudandan sonra zövqünüzə uyğun bəzəyin.
Çizkek resepti

Çizkek resepti

Çizkek resepti

Çizkek resepti


Nuş olsun!
Etiketlər: paket, qaşığı, qabda, tozunu, pendiri, qarışdırın, sonra, şəkər, qədər, holland, tökün, yumurta, üzərinə, əlavə, qarışığı, əridilmiş, qabartma, vanil, stəkan, xörək
BİZİ İZLƏYİN