Tərkibi:1.5 st. un
2 yumurta
1 st. şəkər tozu
1 st. qatıq
1 x.q. kakao
1 x.q. kərə yağı
1 ç.q. soda (sirkədə söndürülmüş)
Hazırlanması:Yumurta və şəkəri ağarıncayadək çalın, qatıq, kakao, soda, kərə yağı qatıb qarışdırın. Sonra un əlavə edin. Tavanı qızdırın. Bitki yağıyla yağlayın. Azca manna səpin. 6 xörək qaşığı xəmir töküb ağzını bağlayın. 10-12 dəqiqə vam odda bişirin. 3 fətir alınmalıdır. Fətirlərin üzərinə mürəbbə, şəkərlə çalınmış qaymaq və ya istənilən kremi çəkmək olar.
Nuş olsun!
Etiketlər: kakao, qatıq, dəqiqə, bişirin, alınmalıdır, bağlayın, fətir, töküb, qaşığı, xəmir, Fətirlərin, ağzını, mürəbbə, kremi, çəkmək, olsun, istənilən, qaymaq, xörək, şəkərlə