• Mimoza tortu resepti

Reseptin məlumatları Baxış sayı: 21 944

Tarix : 24-04-2015, 13:30

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-ci korj:

4 yumurta
1 st. şəkər tozu
1 st. un
vanil

2-ci korj:
2 yumurta
0,5 st. şəkər tozu
0,5 st. un
vanil

krem:
350-400 ml yağlı qaymaq
1 st. şəkər pudrası

arasına:
1 banka doğranmış ananas konservi

Hazırlanması:
Göstərilən ərzaqlardan ayrı-ayrı iki korj bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Korjları tam soyudub ortadan iki bölün.

Yağlı qaymağı krem halına gələnədək çalın, sonra şəkər pudrası əlavə edib qarışdırın.

İri birinci korjun yarısına ananas konservinin suyundan hopdurun. Kremin yarısını çəkin. Üzərinə kubik doğranmış ananas dilimlərini düzün.

Mimoza tortu resepti

Korjun ikinci yarısını üzərinə qoyun, ananas şirəsini hopdurun. Tortun kənarlarına və üstünə kremin qalanını çəkin.

İkinci korju da əvvəl ortadan eninə bölün, sonra nazik şəridlərə, bu şəridləri isə kubik kimi doğrayın. Kubiklər nə qədər balaca olsa, bir elə qəşəng olar.

Bu "kubik"ləri tortun üzərinə və kənarlarına düzün, əlinizlə azca basın ki, yaxşı yapışsın.

Üzərinə şəkər pudrası səpib ən az 1 saat soyuducuda saxlayın.

Göstərilən ərzaqdan təxminən 2 kq ağırlığında tort alınır.

Mimoza tortu resepti

Nuş olsun!
Etiketlər: şəkər, ananas, kubik, pudrası, Göstərilən, ortadan, bölün, sonra, çəkin, kənarlarına, üzərinə, düzün, Üzərinə, yarısını, hopdurun, yumurta, doğranmış, vanil, əvvəl, korju
BİZİ İZLƏYİN