• Zukotto resepti

Reseptin məlumatları Baxış sayı: 15 906

Tarix : 25-04-2015, 15:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Biskvit:

170 q şəkər tozu
170 q un
8 yumurta

İç:
1 l 35%-li qaymaq
50 q şəkər pudrası
200 q tünd şokolad
50 q badam
50 q fındıq
50 q zefir

Şərbət:
2 x.q. konyak
2.5 x.q. "Amaretto" likörü

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın, un əlavə edib qarışdırın. Perqament döşənmiş siniyə töküb 180 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Badam və fındığı tavada qovurun, sonra xırdalayın. Şokoladı və zefiri də xırdalayın.
100 ml qaymağı başqa qaba tökün. Yerdə qalan 900 ml qaymağı şəkər pudrası ilə çalın. Şokoladın yarısını, badam və fındığı əlavə edin.
Qalan şokoladı su hamamında əridin. 100 ml qaymağı əlavə edin.
Çaldığınız qaymağı iki hissəyə bölün: birinə zefiri, digərinə isə əridib qaymaqla qarşdırdığınız şokoladı əlavə edin.
Dərin yumru qabı yağlayın, perqament döşəyin. Biskvitdən qabın hündürlüyü boyda üçbucaqlar kəsin. Onları qabın içinə kənarları bir-birinin üstünə çıxmaqla düzün. Biskvitə amaretto və konyak hopdurun (sevməyənlər mürəbbə şirəsi və başqa dadlandırıcılardan şərbət hazırlaya bilərlər).
Zefirli qaymağı biskvitin üzərinə çəkin. Deserti 30 dəqiqə soyuducuda saxlayın.
Sonra çıxarıb şokoladlı qaymağı zefirli qaymağın üzərinə qoyun. Üzərini qalan biskvitlə örtün. Deserti soyuducuda 6 saat saxlayın.
6 saat sonra hazır zukottonu boşqaba tərs çevirin. Üzərini şokoladlı qlazur, yaxud kakao tozu və şəkər pudrası ilə bəzəyin, yenidən soyuducuda 1 saat saxlayın.

Nuş olsun!
Etiketlər: qaymağı, şəkər, əlavə, soyuducuda, pudrası, saxlayın, Deserti, Üzərini, şokoladlı, qabın, xırdalayın, qalan, şokoladı, başqa, zefiri, sonra, fındığı, üzərinə, konyak, badam
BİZİ İZLƏYİN