• Odun tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 600

Tarix : 26-04-2015, 19:00

Bölmə : Tort reseptləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
500 q mayasız qat-qat xəmir
350 q kərə yağı
250 q qatılaşdırılmış süd
1-2 x.q. konyak

Hazırlanması:
Xəmiri 1-2 sm enində şəridlərə doğrayın. Şəridləri siniyə bir-birindən aralı düzün.
200-220 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.
Bişmiş şəridləri otaq temperaturunadək soyudun. 3-4 ədəd daha çox qızarmışını isə ayırıb tortun bəzəyi üçün saxlayın.
Otaq temperaturunda olan kərə yağını mikserlə çalın. Bir az qatılaşdırılmış süd əlavə edib çalın. Konyak əlavə edib yenidən çalın. Sonda yenə qatılaşdırılmış süd əlavə edib çalın.
Bir neçə qat qida plyonkasını masanın üstünə düzün. Şəridləri aralarına krem çəkməklə yanaşı və üst-üsə yığın.
Kremin qalanını bütün tortun üzərinə çəkin. Plyonka ilə bükün və plyonkanın kənarlarını da bərk büzüb bağlayın ki, tort odun forması alsın.
Soyuducuda 1 gecə saxlayın. Kənara qoyduğunuz bişmiş xəmiri ovuntuq halına salın.
Tortu soyuducudan çıxarıb plyonkanı açın, ovuntuğu üzərinə səpin. Sonra tortu qaba qoyub süfrəyə verəcəyiniz vaxta qədər soyuducuda saxlayın.

Qeyd:
Şəridlər nə qədər nazik olarsa, kremi daha tez və daha yaxşı hopdurar.
Tortu pizza bıçağı ilə kəsmək daha rahatdır.
Tortdakı konyak ona qoz dadı vermək üçündür.
Gərək tortu yığarkən onu sıx edəsiniz, yoxsa doğrayan zaman dağılacaq.
Ovuntuğu tortun üstünə səpərkən əllərinizlə yüngülcə basın (yaxşı olar ki, əlləriniz də bu zaman isti olsun).

Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, saxlayın, qatılaşdırılmış, tortun, əlavə, düzün, üstünə, Tortu, üzərinə, tortu, zaman, qədər, yaxşı, olsun, konyak, Şəridləri, səpin, qoyub, Sonra, süfrəyə
BİZİ İZLƏYİN