• Pambıq çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 18 926

Tarix : 1-05-2015, 13:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
250 q krem-çiz (Philadelphia, Almette və s.)
50 q kərə yağı
150 q şəkər tozu
1-2 ç.q. vanilli şəkər
100 ml süd
4 x.q. un
0.5 ç.q. qabartma tozu
2 x.q. nişasta
6 yumurta
limon şirəsi
sedra
1 çimdik duz
(18-20 sm diametrli forma)

Hazırlanması:
Formanın dibinə perqament döşəyin. Kənarlarına da perqamenti elə yerləşdirin ki, formanın qırağından 5-6 sm hündür olsun (kağız rahat otursun deyə kərə yağı ilə yağlayın).
Quru ərzağı - un, nişasta, qabartma tozu - qarışdırın.
Yumurta ağlarını sarılarından ayırın. Yumurta ağlarını möhkəm çalın, 1 çimdik duz əlavə edin. Çalmağı dayandırmadan adi və vanilli şəkər tozunu əlavə edin, çalın.
Başqa qabda krem-çiz, yağ, yumurta sarıları, süd, limon şirəsi və sedranı qarışdırın (çəngəllə, yaxud mikserlə çala bilərsiniz).
Bu kütəni qarışdıra-qarışdıra quru ərzaq qarışığını əlavə edin.
Çaldığınız yumurta ağlarını hissə-hissə əlavə edib eynicinsli kütlə alınanadək ehtiyatla qarışdırın.
150 dərəcə qızdırılmış sobada 90 dəqiqə bişirin. Bu müddət ərzində sobanın ağzını açmayın. (Çizkeykin üstü çatlamasın deyə onu su hamamında bişirmək daha yaxşıdır. Əgər formanın kənarları açılırsa, onu əvvəlcədən folqaya bükün (su keçirməsin). Təxminən 1.5 litr suyu qaynadın. Çizkeyk olan qabı daha iri formanın içinə qoyun, qaynar suyu 2-3 sm hündürlüyədək tökün).
90 dəqiqə sonra çizkeykin bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişibsə, sobanı söndürün, qapağını azca açıq qoyun və 30 dəqiqə müddətində çizkeyki sobadan çıxarmayın.
Sonra çıxarıb tam soyudun. Bir gecə soyuducuda saxlasanız, lap əla olar.
Çizkeyki şəkər pudrası, çalınmış qaymaq və meyvələrlə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, formanın, yumurta, ağlarını, qarışdırın, dəqiqə, olsun, çalın, qoyun, hissə, qarışdıra, bilərsiniz, Yumurta, çimdik, qabartma, şirəsi, limon, vanilli, nişasta
BİZİ İZLƏYİN