• Zürafə tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 521

Tarix : 11-05-2015, 19:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkibi:
3/4 st. süd
3/4 st. 35%-li qaymaq
300 q peçenye
70-100 q kərə yağı
100 q (20-30 ədəd) marşmellou
300 q südlü şokolad
2 yumurta
0,5 ç.q. vanil cövhəri

Hazırlanması:
Peçenyeni blenderdə xırdalayın. Ərinmiş yağ əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

Kənarı açılan, 21 sm diametrli formanı kərə yağı ilə yağlayın. Peçenye kütləsini içinə döşəyib kənarlarını divar boyu qaldırın. Əlinizlə basın. 160 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin (qızarmalıdır).

Südlü (olmasa, tünd) şokoladı xırdalayın.

Qazana südlə qaymağı tökün, daim qarışdıraraq orta itilikli odda qızdırın, amma qaynamasın. Ocaqdan götürüb xırdaladığınız şokoladı əlavə edin, əriyənədək qarışdırın.

Vanil əlavə edin.

Yumurtaları çalın, şokoladlı kütləyə əlavə edib, dərhal da sürətlə qarışdırın, mikserlə eynicinsli kütlə alınanadək çalın.

Bu şokoladlı kütləni korjun üzərinə tökün, sobada 15-20 dəqiqə (şokoladlı krem bərkiyənədək) bişirin.

Hazır və hələlik qaynar tortun üzərinə yarıya bölünmüş marşmellouları düzün.

180 dərəcə qızdırılmış sobanın üst gözündə 1-2 dəqiqə bişirin. Fikir verin ki, zefir (marşmellou) azacıq qızarsın, çox lazım deyil.

Bu tortu süfrəyə isti-isti də verə bilərsiniz.

Zürafə tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şokoladlı, bişirin, dəqiqə, qarışdırın, xırdalayın, eynicinsli, alınanadək, kütlə, sobada, qızdırılmış, marşmellou, üzərinə, şokoladı, dərəcə, çalın, tökün, kütləni, korjun, sürətlə
BİZİ İZLƏYİN