• Ananaslı tort resepti

Reseptin məlumatları Baxış sayı: 18 919

Tarix : 16-05-2015, 19:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
biskvit:

7 yumurta
200 q şəkər tozu
120 q un
75 q kartof nişastası
vanil

krem:
600 ml süd
5 x.q. un
1 x.q. nişasta
200-300 q kərə yağı
150-200 q şəkər pudrası
vanilli şəkər
100 q ağ şokolad

əlavə:
1 banka ananas konservi

Hazırlanması:
Yumurta ağlarını sarılarından ayırın. Yumurta ağlarını çalın, az-az şəkər tozunun yarısını əlavə edin. Möhkəm köpük alınanadək çalın. Yumurta sarılarını yerdə qalan şəkər tozu ilə ağarıncayadək çalın.
Unu nişasta və vanillə qarışdırın.
Yumurta ağlarını, sarılarını, unla nişasta qarışığını birləşdirin, qaşıqla eynicinsli kütlə alınanadək ehtiyatla qarışdırın.
24 sm diametrli formanın içinə perqament döşəyin. Xəmiri içinə tökün.
180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin.
Korju formadan çıxarıb soyudun.
Soyumuş korju 3 yerə bölün.
300 ml südü qaynadın.
Qalan 300 ml südü ləyənə tökün, un qatıb yaxşıca qarışdırın, lopa qalmasın.
Qaynayan südə əlavə edin.
Dayanmadan qarışdıraraq qaynara düşməsini gözləyin, bundan sonra 3-5 dəqiqə, qatılaşanadək bişirin.
Ocaqdan götürün.
Ağ şokolad əlavə edin, əriyənədək qarışdırın.
Kremi otaq temperaturunadək soyudun, hərdən qarışdırın ki, üzündə qazmaq əmələ gəlməsin. Daha qatı olacaq.
Otaq temperaturunadək soyuduqda mikserlə çalın.
Mikserlə otaq temperaturunda olan yağı da ayrıca çalın. Şəkər pudrası və vanil əlavə edib yenə çalın.
Südlü qarışıqla birləşdirib sonuncu dəfə çalın. Krem hazırdır.
Korjlara ananas konservinin şərbətini hopdurun.
Birinci korjun üzərinə krem çəkib xırda ananas dilimlərini düzün. Yenə krem çəkin. İkinci korju qoyun + krem + ananas + krem + üçüncü korj. Tortun üzərinə və kənarlarına krem çəkin. Zövqə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: çalın, qarışdırın, şəkər, əlavə, Yumurta, ananas, nişasta, ağlarını, üzərinə, temperaturunadək, içinə, bişirin, alınanadək, çəkin, sarılarını, vanil, tökün, pudrası, soyudun, korju
BİZİ İZLƏYİN