• Maşa tortu resepti

Reseptin məlumatları Baxış sayı: 25575

Tarix : 23.05.2015, 21:00

Bölmə : Tort reseptləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
xəmir:

200 q qatılaşdırılmış süd (şirin)
250 q xama
320 q un
3 yumurta
1 ç.q. soda
2 x.q. kakao tozu

krem:
200 q kərə yağı
200 q qatılaşdırılmış süd (şirin)

üzərinə:
qoz

Hazırlanması:
Qatılaşdırılmış süd, xama və yumurtanı eynicinsli kütlə alınanadək qarışdırın. Un və sodanı əlavə edin.
Xəmiri yarı bölüb bir hissəsinə kakao əlavə edin.
Xəmiri yağlanmış formaya töküb 210 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Korjları soyudun. Sonra hər birini ortadan iki yerə bölün (4 korj alınacaq: 2-si ağ, 2-si qara).
Otaq temperaturunda olan yağı çalın, tədricən qatılaşdırılmış südü əlavə edin.
Korjları rənglərinə görə növbələyərək arasına krem çəkməklə üst-üstə yığın. Tortun üstünə və kənarlarına krem çəkin. Üzərinə xırdalanmış qoz səpin.

Nuş olsun!
Etiketlər: qatılaşdırılmış, əlavə, kakao, Xəmiri, şirin, Korjları, çalın, tədricən, rənglərinə, temperaturunda, ortadan, Sonra, soyudun, birini, növbələyərək, bölün, alınacaq, arasına, Üzərinə, xırdalanmış
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
tşk 126 08 sevdim superdir
17 iyun 2015 19:00
3
Offline
emiwka
Tesekürler.... 08
5 iyun 2015 01:52
2
Offline
arzum-aysum
bu reseptle tort bisirmisem. cox dadli olur
30 may 2015 13:04
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN