• Balaca qara don resepti

Reseptin məlumatları Baxış sayı: 16 797

Tarix : 17-06-2015, 13:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
biskvit:

85 q kərə yağı
85 q tünd şokolad (70%+)
1 fincan (142 q) un
3/4 (150 q) fincan şəkər tozu
30 q kakao tozu
1/2 ç.q. duz
1 ç.q. qabartma tozu
1 çimdik duz
2 iri yumurta
3/4 fincan (150 ml) qatıq (2%)
2 x.q. süd
1 ç.q. vanil cövhəri

krem:
200 q tünd şokolad (70%+)
35 q kərə yağı
1/3 fincan (80 ml) süd
1 çimdik duz
100 ml yağlı qaymaq (vacib deyil)
2 x. q. tünd rom və ya konyak

Hazırlanması:
Sobanı 160-165 dərəcə qızdırın. 20 sm diametrli formanı kərə yağı ilə yağlayın.
Yağla şokoladı əridin, bir qədər soyudun.
Un, kakao tozu, şəkər tozu, duz və qabartma tozunu qarışdırın.
Yumurta, süd, qatıq, vanil cövhərini qarışdırın, şokoladlı-yağlı qarışığı əlavə edib çalın, quru ərzağı da (unlu qarışıq) qatıb əlüstü qatı xəmir hazırlayın.
Xəmiri formaya tökün, hamarlayıb sobaya qoyun. 30-35 dəqiqə bişirin, sonra çöplə bişib-bişmədiyini yoxlayın.
15 dəqiqə formada soyudun, sonra çıxarıb şəbəkənin üzərinə qoyun, tam soyusun.
Krem: su hamamında yağ, şokolad və südü əridin. Əriməyə başlayan kimi daim qarışdırın, eynicinsli olanda götürün, 15 dəqiqə soyudun.
Duz, rom (konyak), qaymaq (əgər istifadə edəcəksinizsə) əlavə edib dərhal 30-60 saniyə müddətində çalın. Krem tez soyuyub qatılaşır, ona görə də diqqətli olun. Lazım gələrsə, su hamamında qızdıra bilərsiniz.
Hazır kremi soyumuş korjun üzərinə çəkin, hamarlayın.
Təzə giləmeyvələrlə bəzəyin.

Nuş olsun!
Etiketlər: fincan, qarışdırın, soyudun, dəqiqə, şokolad, əlavə, çalın, konyak, üzərinə, sonra, qoyun, qaymaq, hamamında, əridin, kakao, qatıq, çimdik, vanil, şəkər, qabartma
BİZİ İZLƏYİN