• Çiyələkli ağ tort resepti

Reseptin məlumatları Baxış sayı: 12421

Tarix : 6.07.2015, 10:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:

3 yumurta,
1 stəkan şəkər,
1\2 stəkan süd,
1\2 stəkan duru yağ,
1,5 stəkan un,
1 paket qabartma tozu,
1 paket vanilin,
1 dənə rəndələnmiş limon qabığı ,

Krem üçün:
3 stəkan süd,
1 yumurta,
4 şorba qaşığı şəkər,
3 şorba qaşığı nişasta,
1 şorba qaşığı un,
Vanilin,
1 paket krem şanti,

Arası üçün:
500 q çiyələk,
Ağ şokolad,

Üzərini örtmək üçün:
1 paket çiyələkli krem şanti,

Ağ kremi hazırlama qaydası:
Krem şanti xaric bütün ərzaqları qarışdırıb bişirin.
Tamamən soyuyandan sonra krem şantini əlavə edib mikserlə 10-15 dəqiqə çırpın.
Artıq krem hazırdır.

Hazırlanması:
Yumurta və şəkəri mikserin köməyi ilə krem qatılığında olana qədər çırpın.
Duru yağ və südü də yavaş-yavaş qataraq qarışdırın.
Limon qabığını əlavə edib qarışdırın.
Qabartma tozu və vanilin qarışdırılmış unu da əlavə edib qaşıqla qarışdırın.
Dörtkünc fırın tabağına yağlı kağız sərin.
Qarışığı töküb hər yerini düzənləyin.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında üzəri azca qızarana qədər bişirin.
Bir az soyuduqdan sonra kənarlarını kəsib ortadan iki hissəyə bölün.
Sonra hər bir parçanı eninə ikiyə kəsin.
Bir parçanı tort tabağına alın.
Əvvəlcədən hazırladığınız kremdən bir az götürün hissənin birinin üzərinə ağ damla şokoladı sürtün.
Ortadan ikiyə kəsilmiş çiyələkləri düzün.
Digər parçanı üzərinə qoyun.
Eyni prosesi parçalar bitənə qədər davam edin.
Üzərini örtmək üçün çiyələkli krem şantini paketin üzərindəki tərifə uyğun hazırlayıb örtün.
Üzərinə dilimlənmiş çiyələkləri sıralayıb zövqünüzə uyğun bəzəyin.
1 gün soyuducuda saxlayıb sonra servis edin.

Nuş olsun!

Etiketlər: Hazırladğınız, stəkan, paket, qədər, şanti, qaşığı, əlavə, sonra, şorba, qarışdırın, parçanı, çiyələkləri, şantini, uyğun, çırpın, bişirin, üzərinə, Əvvəlcədən, yavaş, ikiyə, çiyələkli
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Humka1
Dadli torta oxşayir.
23 iyul 2015 19:51
2
Offline
ulduz
dadli gorunur sevirem tortılari bol olani en coxda
22 iyul 2015 20:33
1
Hərçənd ki, indiki zamanda heç kəs qızının olmasını arzulamır. Böyük əksəriyyət oğlu olmasının xəyalını qurur, amma düşünmürlər ki, o oğlu da dünyaya gətirən bu günün istəmədikləri qızı, sabahın ANAsıdır.
BİZİ İZLƏYİN




Yandex.Metrica