• Napoleon tortu resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 23 091

Tarix : 29-08-2015, 10:00

Bölmə : Tort reseptləri / Video reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmir üçün:

Un: 4 stəkan
Yumurta: 2 ədəd
Duz: 0,5 çay qaşığı
6%-li sirkə: 2 çay qaşıı
Su (ilıq): 1 stəkan
Kərə yağı: 500-600 qram
Yağ və yaymaq üçün əlavə un

Kremi üçün:
Qatılaşdırılmış süd: 1 banka
Kərə yağı: 200 qram
Vanil: 0,5 paket (təqribən 5 qram)

Qeyd:
Napoleon tortu üçün bişirilmiş kremdən də istifadə etmək mümkündür.

Layların arasına səpmək üçün:
Qoz ləpəsi,

Hazırlanması:
Kremin hazırlanması:

Qatılaşdırılmış süd ilə yağlı krem.

Xəmiri hazırlamaq üçün:
Una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğurun.
Xəmirin üstünü örtüb 20-30 dəqiqə saxlayın.
Yağı iki hissəyə bölün.
Hər bir hissəsi 250 q olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 xörək qaşığı un töküb əlinizlə az əzib yayın.
Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açın.
Hər iki yuxanın ortasına hərəsinə 250 q əzdiyimiz yağı qoyun.
Hər iki xəmiri eyni qayda ilə hazırlayın.
Əzilmiş yağı yaydığınız yuxanın içinə qoyub zərf kimi bükün.
Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın.

1 dəfə:
Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb 4büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda saxlayın.

2 dəfə:
Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

3 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün, yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

4 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

5 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün və yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

6 dəfə:
Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayın.
Yayılmış yağlı xəmiri iki hissəyə bölün.
Hər bir xəmirin hissəsinin eni 23-24 sm uzunluğu isə 32-33 sm olacaq.
Bu qayda ilə ikinci xəmiri də yayıb yarıya bölün.
Qaba kağız sərib xəmiri qoyun.
Çəngəl ilə deşin.
Sobanı 200 dərəcədə qızdırın.
Xəmiri sobaya bişməyə qoyun.
Xəmir 15 dəqiqəyə bişəcək.
Bu qayda ilə qalan yayılmış yağlı xəmiri də bişirin.
Layların hər birinin üst və alt qırıntılarından bir az təmizləyin.
Yanlarını eyni ölçüdə az kəsib düzəldin.
Bir layı qoyub kremləyin.
Zövqə görə qoz doğrayıb tökün.
Qalan qatları da bu qayda ilə kremləyib qoz tökün.
Axırıncı layı qoyub üzünü və yanlarını kremləyin.
Topladığımız qırıntıları ovduqdan sonra üzünə və yanlarına səpin.
Zövqə görə üzərinə əlavə olaraq qoz qırıntıları da səpə bilərsiniz.



Nuş olsun!
Etiketlər: qarışdıra, çəkin, üstünə, saxlayın, şəkər, əlavə, çalın, Tortun, Yumurta, sarısı, nişasta, Bişmiş, səpin, qoyub, yağını, üzərində, Soyuq, Korjlardan, qarışdırın, kremi
BİZİ İZLƏYİN