• Zebra tortu resepti

Reseptin məlumatları Baxış sayı: 34191

Tarix : 8.06.2014, 04:32

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox




Tərkibi:
4 yumurta
1 stəkan (250 qr) şəkər tozu
1 stəkan (250 ml) süd
1 stəkan (250 ml) bitki yağı
2 stəkan (250 qr) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu

Hazırlanması:
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.
Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.
Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.
Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.
Sobanı 180˚C-dək qızdırın.
Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç açmayın, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

Nuş olsun!
Etiketlər: stəkan, qaşığı, əlavə, şəkər, gördüyünüz, Sobanı, üzərinə, çıxardın, qarışdırın, qaşıqla, yapışmaz, qarışığı, Tortu, formanın, qarışıqdan, ortasına, xəmir, yavaş, davam, dibini
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SEVGI GULU
127
MENDE BIWIRMIWEM SUPER OLUR
26 iyul 2015 12:48
2
Offline
gulnare
Zebra tortunu beyendim vaxt tapan kimi bisirecem
20 iyun 2014 14:59
1
gulya
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN