• İspanaqlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 18 658

Tarix : 13-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
3 yumurta,
2 su stəkanı ələnmiş un,
1 çay stəkanı duru yağ,
1 su stəkanı toz şəkər,
1 paket qabartma tozu,
1 paket şəkərli vanilin,
1 su stəkanı rondoda çəkilmiş ıspanaq püresi

Kremi üçün:
1,5 su stəkanı süd,
1 yumurta,
3 yemək qaşığı nişasta,
4 yemək qaşığı toz şəkər,
1 paket vanilin (azaldıla bilir),
2 yemək qaşığı kərə yağı,

Tortun üzərinin örtülməsi üçün:
1 paket sadə krem şanti,
1 su stəkanı süd,

Hazırlanması:
Yarım dəstə ıspanağı bol su ilə yuyun və kiçik bir qazana alaraq üzərini keçəcək qədər su ilə bişirin.

Bişən ispanaqları süzüb rondodan keçirin.

Yumurta və şəkəri pansipanyada və keksdə olduğı kimi ağappaq olana qədər çırpın.

Duru yağ, un, qabartma tozu və vanili ələyərək əlavə edin və bir az daha çırpın.

Ən son ıspanaq pürəsini qatıb tamamən qarışana qədər qarışdırın.

Marqarin ilə bütün iç hissəsi yağlanmış qəlibə tökün.

Əvvəlcədən 160 dərəcə qızdırılmış fırında 30 dəqiqəyə yaxın bişirin(fırından almadan ortasını yüngülcə basdıraraq kontrol edin.

Əgər yumuşaqdırsa 5-10 dəqiqə daha bişirinfırınlayın.

Pandispanyayı bir gün əvvəldən bişirməkdə fayda var.

Tortun kremi üçün lazım olan ərzaqları bir qazana yığın.

Vam odda qatılaşana qədər bişirin. (mühəlləbidən daha qatı olmalıdır).

Soyuması üçün ocaqdan alın və ara- sıra qarışdırın.

Soyuyan və gözlədilən pandispanyanızı qatlara ayırın (asan kəsilməsi üçün bir gün əvvəlcədən bişirin).

Hər qata soyuyan tort kreminındən bolca sürtün.

Krem şantiyi 1 stəkan soyuq südlə çırpın və tortun üzərinə yayın.

Servis edənə qədər soyuducuda saxlayın .

Pandispanyayı kəsərkən çıxan qırıntılardan tortun üzərinə bəzək vura bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumuşaqdırsa, stəkanı, qədər, bişirin, paket, yemək, qaşığı, çırpın, qarışdırın, tortun, Pandispanyayı, qazana, ıspanaq, Tortun, üzərinə, yumurta, şəkər, vanilin, qabartma, ərzaqları, fırından
BİZİ İZLƏYİN