• Brownie şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 34 490

Tarix : 12-06-2014, 01:24

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi
1/2 su stəkanı şəkər tozu
125 qr marqarin istəsəniz kərə yağı
200 qr tünd ya da südlü şokolad
3 ədəd yumurta
1.5 su stəkanı un
2 yemək qaşığı kakao
1 su stəkanı qırıq qoz, ya da fındıq
1 paket vanil
1 paket tünd şokolad üzəri üçün (mən belcolade şokoladı istifadə etmişdim)
1 paket qabartma tozu
1/2 çay qaşığı duz

Hazırlanması
Yağı və şokoladı birlikdə əridin. Sonra şəkəri, duzu qoyub yaxşıca çırpın.
Yumurtaları tək-tək əlavə edib, unu, vanil, qabartma tozunu və kakaoyu əlavə edib qarışdırın.
Kakaolu qarışığa qozları də əlavə edib, təkrar qarışdırın.
Hazırladığınız qarışığı yağladığınız soba qabınıza keks qəlibi varsa ona yayıb əvvəldən isidilmiş 170 dərəcə sobada 20-25 dəqiqə bişirin.
Soyuduqdan sonra benmari üsulu əritdiyimiz şokoladı üzərinə gəzdirin kvadrat kvadrat ya da dilim dilim kəsin.
Brownie təqdimata hazırdır.

Nuş olsun!
Etiketlər: paket, şokoladı, əlavə, stəkanı, vanil, dilim, qabartma, qaşığı, kvadrat, qarışdırın, şokolad, sobada, dərəcə, dəqiqə, bişirin, sonra, Soyuduqdan, isidilmiş, benmari, qəlibi
BİZİ İZLƏYİN