• Yerkökü tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 440

Tarix : 29-12-2015, 12:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
Diametri 25 sm olan tort üçün
200 qr sürtkəcdən keçirdilmiş kök
175 qr şəkər tozu
150 qr kərə yağı
175 qr un
1 ç/q qabartma tozu
3 ədəd iri ölçülü yumurta
1 ədəd portağal qabığı

Krem üçün:
400 qr xama
100 qr şəkər pudrası

Hazırlanması:
1. Lazım olan inqredientlər hazırlanır.
2. Soba 180°C temperaturuna qədər isidilir.
Yerkökü xırda sürtkəcdən keçirdilir. Bu mərhələ zövqdən asılıdır: əgər tortda kökün hissələrinin görsənməyini istəyirsinizsə, o zaman iri sürtkəcdən istifadə edin, biskvitin həmcins olmasını istəyirsinizsə o zaman çalışın kökü xırda sürtkəcdən keçirəsiniz. Sürtkəcdən keçirdilmiş yerkökünə portağal qabığı əlavə edilir.
3. Yumurtanın sarısı ağından ayrılır (baxın: Yumurtanın sarısını ağından ayırmaq üsulları). Yumurtanın sarısı və şəkər tozu yerkökünə əlavə edilir.
4. Ardınca ələkdən keçirdilmiş un, qabartma tozu və əridilmiş kərə yağı əlavə edilir.
5. Yaxşı qarışdırılır.
6. Digər tərəfdə bərk köpük halına gələnə qədər yumurtanın ağı çalınır və maye xəmirə əlavə edilərək qarışdırılır.
7. Forma qabına bişirmə kağızı sərilir, yağlanır və bir qədər un səpilir.
8. Xəmir formaya əlavə edilir.
9. Və əvvəlcədən 180°C temperaturuna isidilmiş sobaya 30-40 dəqiqəlik yerləşdirilir.
10. Xəmirin üzü qəşəng qızılı rəng alana qədər bişirilir. Bişməyini yoxlamaq üçün diş çöpü və ya kibritdən istifadə etmək olar: kibrit biskvitin ortasına batırılıb çıxarılır. Əgər kibrit qurudursa, deməli biskvit hazırdır, əks halda biskvit sobada bir müddət qalmalıdır.
11. Hazırlanmış biskvit bir müddət soyudulur, sonra şəkildəki kimi iki yerə kəsilir.
12. Krem hazırlamaq üçün bir kasada xama ilə şəkər pudrası qarışdırılır.
Kremin bir hissəsi bir biskvitin üzərinə yayılır, yerdə qalan hissəsi isə digərin üzərinə.
Əgər tort bir müddət qalsa və krem xəmirə hopsa, o zaman tort daha dadlı alınar. Lakin iştah güc gələrsə, o saat yemək olar.

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT

Yerkökü tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sürtkəcdən, qədər, şəkər, edilir, qarışdırılır, biskvit, biskvitin, müddət, Yumurtanın, zaman, istifadə, keçirdilmiş, üzərinə, temperaturuna, hissəsi, xırda, kibrit, qabartma, xəmirə
BİZİ İZLƏYİN