• Tort General resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 41175

Tarix : 4.10.2015, 14:00

Bölmə : Tort reseptləri, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
4 ədəd yumurta
2 stəkan şəkər tozu
200-250 qr xama
1 ç/q soda
1 x/q sirkə
0,5 ç/q duz
1 ç/q vanil
3,5 stəkan un
150 qr qoz ləpəsi
150 qr kişmiş
1-1,5 x/q kakao
Krem üçün:
300 qr kərə yağı
1 banka bişmiş qatı süd (squşonka)
0,5 banka qatı süd
1 ç/q vanil

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Şəkər tozu ilə yumurtalar yaxşı qarışdırılır.
3. Şəkərli yumurta məhluluna qatıq əlavə edilir. Qatığın üzərinə soda və sirkə. Köpüklər çıxana qədər çoxlu qarışdırılır.
4 Sonra un və vanil əlavə edərək yenidən qarışdırılır.
5. Nəticədə maye xəmir hazırdır. Maye xəmir üç eyni yerə bölünür, qoz qızardılır və üyüdülür, kişmiş yuyulub təmizlənir.
6. Maye xəmirin birinə kakao əlavə edilir, digərinə qoz, yerdə qalana isə kişmiş.
7. Hər biri yaxşı qarışdırılır.
8. Əvvəlcədən 200°C temperaturundə isidilmiş sobada hər bir maye xəmir 20-30 dəqiqə bişirilir. Əgər nəticədə xəmir qalın çıxsa, o zaman onu yarı bölüb iki tort hazırlaya bilərsiniz.
9. Xəmir sobada bişərkən krem hazırlanır. Bunun üçün kərə yağı mikserlə çalınır. Üzərinə bişmiş qatı süd əlavə edilir və tam qarışdırılır. Sonra adi qatı süd və vanil əlavə edərək yenidən yaxşı qarışdırılır.
10. Ən birinci qozlu xəmir layı qoyulur və üzərinə krem çəkilir. Onun üstünə şokoladlı xəmir layı qoyulur və onun da üzərinə krem çəkilir. Nəhayət üstdəki kişmişli lay qoyulur, onun da üstünə və tortun qıraqlarına krem çəkilir. Qalır yalnız tortu bəzəmək. Bu da artıq sizin zövqünüzdən və fantaziyanızdan asılıdır. Bu reseptdə sürtkəcdən keçirilmiş peçenya, üyüdülmüş qoz və kokos qırıntılarından bəzək kimi istifadə edilib.

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT

Tort General resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: xəmir, qarışdırılır, əlavə, vanil, üzərinə, kişmiş, edilir, yaxşı, çəkilir, qoyulur, bişmiş, üstünə, banka, hazırlanır, kakao, Sonra, istifadə, edərək, yenidən, yumurtalı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN