• Meyvəli tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 115 357

Tarix : 19-09-2015, 18:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Biskvit üçün:

6 ədəd yumurta
1 stəkan şəkər tozu
1,5 stəkan un
vanil

Krem üçün:
1 stəkan süd
1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 x/q un
300 qr kərə yağı
vanil

Qeyd: Tortun içinə müxtəlif meyvələrdən istifadə etmək olar (mən 2 ədəd banan, 2 ədəd kivi, 2 ədəd naringi istifadə etmişəm).

Hazırlanması:
Biskviti hazırlamaq üçün 2 qab götürülür. Yumurtanı sarısını ağından ayırıb, hərəsinin üstünə 0,5 stəkan şəkər tozu tökülür.

Şəkər tozu ilə yumurta ağını mikserin köməyi ilə yaxşı qarışdırılır. O qədər qarışdırırıq ki, qabı başı aşağı tutduqda içindəki tökülməsin.

Sonra yumurta sarısı şəkər tozu ilə mikserin köməyi ilə yaxşı qarışdırılır.

Alınmış hər iki kütlə bir-birinə qatılıb silikon qaşıqla asta-asta qarışdırılır və üzərinə ələkdən keçirilmiş un, vanil tökülüb yenidən qaşıqla qarışdırılır.

Alınmış xəmir diametri 26 sm olan qaba tökülür, əvvəlcədən 180 dərərcədə isidilmiş sobada 30 dəqiqə bişirilir (biskvitin bişməyini 20 dəqiqə keçdikdın sonra kibrit çöpü ilə yoxlamaq olar).

Biskvit bişdikdən sonra soyumağa buraxılır.

Biskvit soyuyana kimi krem hazırlanır (bu tortda zavarnoy kremdən istifadə olunacaq).

Kremi hazırlamaq üçün bir qazana süd, yumurta, un, şəkər tozu tökülür qarışdırma teli ilə yaxşı qarışdırılır.

Sonra qazanı qaza qoyub qarışdıra-qarışdıra bişirilir. Kütlə qatılaşdıqda 5 dəqiqə bişirilib qazdan götürülür və tam soyudulur.

Tam soyuduqdan sonra üzərinı 300 qr yumuşaldılmış kərə yağı, vanil qoyulub mikserlə qarışdırılır.

Krem hazır olduqdan sonra biskvit iki bərabər hissəyə bölünür.

Biskvitə krem çəkilib, üzərinə doğranılmış meyvelər düzülür.

Yerdə qalan biskvit hissəsi də üstünə qoyulub tortun hər tərəfi kremlənir.

Tort tam hazır olduqdan sonra üstü zövqə görə bəzədilir.

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT

Meyvəli tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırılır, stəkan, şəkər, yumurta, sonra, vanil, istifadə, tökülür, yaxşı, ərzaqlar, dəqiqə, Biskvit, mikserin, biskvit, olduqdan, hazır, üstünə, köməyi, Sonra, üzərinə
BİZİ İZLƏYİN