• Zebra tortu resepti

Reseptin məlumatları Baxış sayı: 18094

Tarix : 17.10.2015, 13:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2 stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu

Hazırlanması:
1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.
2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.
3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.
4. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.
5. Sobanı 180˚C-dək qızdırın.
6. Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
7. Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç AÇMAYIN, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkan, əlavə, şəkər, üzərinə, Sobanı, gördüyünüz, qarışığı, davam, qaşıqla, qarışdırın, müddətində, yumru, yavaş, Tortu, çıxardın, xəmir, ortasına, çalın, formanın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN