• Tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 18 122

Tarix : 19-10-2015, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd (175 ml)

Qaymaqlı krem üçün:
1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)

Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)

Hazırlanması:
Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin – elə olmalıdır ki, kasa suya dəyməsin. Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin – təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.

Tramisunun yığılması:
Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.
Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.
Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi – zabaglione kremini ve vanilli kremi – əlavə edib, yaxşıca qarışdırın. Sonra isə qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. KREMİNİZ HAZIRDIR!

İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin – hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.
Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin. 6 tikəyə bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.

Nuş olsun!
Etiketlər: qaşığı, üstünə, stəkan, vanil, şəkər, qoyun, dörtdə, əlavə, kənara, Sonra, çalın, kremi, sarısı, yarım, limon, ərzaqlar, ekspresso, hazırlanması, qədər, ekstraktı
BİZİ İZLƏYİN