• Çiyələkli-qaymaq kremli tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 359

Tarix : 13-10-2015, 19:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd klassik süngər biskviti
Vanilli tort şərbəti (resept aşağıda verilib)
Qaymaqlı krem (resept aşağıda verilib)
Təxminən 1 stəkan halqalara bölünmüş çiyələk
Süngər biskviti keçiddə izah olunduğu kimi bişirin. Kənara soyuması üçün qoyun və şərbətlə kremi aşağıda göstərilən qaydada hazırlayın.

Şərbəti:
üçdə bir stəkan şəkər tozu
üçdə bir stəkan su
yarım limonun suyu (təxminən 3 xörək qaşığı)
1 çay qaşığı vanil ekstraktı (duru vanil)
Balaca qazanda şəkər tozu və suyu qaynadın. Şəkər əriyəndə, qazanı kənara çəkib içinə limon suyu və vanil ekstraktını əlavə edin. Qoyun kənarda soyusun.

Qaymaqlı Krem:
1 stəkan yarım soyuq qaymaq
3 xörək qaşığı şəkər kirşanı (pudrası)
yarım çay qaşığı vanik ekstraktı (duru vanil – zəruri deyil)
İri qabda qaymaq, şəkər kirşanı və vanili mikserlə kütlə bir az bərkiyənədək çırpın.

Hazırlanması:
Tortun Yığılması:
Soyumuş biskviti iti bıçaqla ikiyə bölün. Bir yarısını kəsilmiş tərəfi üstdə olmaq şərtiylə yastı yerə qoyun.

Fırçayla şərbətin yarısını bu biskvitin üstünə çəkin. Kremin yarısından bir az azını üstünə yayın. Bunun üstünə çiyələkləri lay şəklində düzün (çiyələkdən bir neçəsini bəzək üçün saxlayın).

Biskvitin digər yarısını kəsilmiş tərəfi yuxarıda olmaq şərtiylə çiyələklərin üstünə yerləşdirin. Qalan şərbəti fırçayla üstünə çəkin. Qalan kremi bu biskvitin üstünə və tortun kənarlarına çəkin. Tortu çiyələklə bəzəyin. Hazır tortu dərhal soyuducuya qoyun və sərin olaraq süfrəyə vedin.

Çiyələkli-qaymaq kremli tort resepti - FOTO RESEPT

Çiyələkli-qaymaq kremli tort resepti - FOTO RESEPT

Çiyələkli-qaymaq kremli tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, qaşığı, stəkan, vanil, şəkər, yarısını, aşağıda, biskviti, yarım, qaymaq, çəkin, qoyun, Qaymaqlı, resept, verilib, şərtiylə, xörək, biskvitin, şərbəti, ekstraktı
BİZİ İZLƏYİN