• Vyana şokolad tortu resepti

Reseptin məlumatları Baxış sayı: 21 733

Tarix : 1-01-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şokolad qlazuru üçün:
1/2 stəkan su
2/3 stəkan çox incə şəkər tozu (əgər adi şəkər tozunuz varsa onu narın hala gətirmək üçün prosessordan istifadə edə bilərsiniz)
1 xörək qaşığı şirin olmayan (acı) kakao tozu
1/2 çay qaşığı limon suyu
100 qram yarışirin qara şokolad, doğranmış

Biskvit üçün:
5 xörək qaşığı kərə yağı, otaq temperaturunda yumşaldılmış
1/3 stəkan çox narın şəkər tozu
2 yumurta, otaq temperaturunda
1 1/4 stəkan narın çəkilmiş badam (badam unu)
1/3 stəkan un
3/4 çay qaşığı qabartma tozu

İçlik üçün:
1/2 stəkan yaxşı ərik cemi, bir qədər su, yaxud konyakla qarışdırılmış və isidilmiş (Həddindən artıq şirinləşdirilməmiş cem götürmək daha yaxşıdır. Əks halda tort çox şirin və ağır olacaq. Əgər istəsəniz ərik cemini başqa bir cemlə əvəz edə bilərsiniz.)

Hazırlanması:
Şokolad qlazurunu hazırlayın:
Su, şəkər, kakao və limon suyunu eynicinsli kütlə alınana qədər qarışdırın, sonra dərin qabda qaynama həddinə çatdırıb 1 dəq bişirin. 5 dəq ərzində soyutduqdan sonra şokoladı əlavə edib əriyənə qədər qarışdırın. Ölçü stəkanına töküb isti saxlayın (daha sonra qlazuru iki bərabər hissəyə böləcəksiniz).

Tortu hazırlayın:
Sobanı 190ºC-yə qədər qızdırın. 18 sm-lik dəyirmi tort qabıın (Qeydə baxın) kənarlarını və dibini kərə yağı ilə yağlayın və dibinə perqament kağızı döşəyin. Kərə yağı, şəkər və bir yumurtanı köpüklü olana qədər təxminən 2 dəqiqə çalın. Qalan yumurtanın sarısını ağından ayırın, ağını təmiz bir dərin qabda saxlayın, sarısını isə üyüdülmüş badam və şokolad qlazurunun yarısını çalıb tort qarışığı hazırlayın.Ayrıca bir qabda yumurta ağını təmiz elektrik mikseri ilə yumşaq təpəciklər alınana qədər çalın. Unu və qabartma tozunu tort qarışığının üzrəinə ələyin, yaxşıca qarışdırın. Sonra isə tez və yüngül qarışdırmaqla yumurta ağını əlavə edin.

Tortu bişirin:
Xəmiri ehtiyatla tort qabına sıyırın.
Üzərini folqa ilə örtüb təqribən 35 dəqiqə, yaxud bərkiyənə qədər sobada bişirin.
Bişdikdən sonra xəmirə batırılmış çöpün üzərində yalnız bir neçə nəm qırıntı ola bilər. Üstünü açmadan qabdaca soyudun.
Daha sonra onu üfüqi şəkildə üç qata bölün.

Tortu hazırlayın:
Qatlardan ikisinin bir tərəfinə cem yaxın. Bu qatları cemli tərəfi yuxarı olmaqda bir-birinin üzərinə qoyun. Sonra üçüncü qatı da qoyub qalan şokolad qlazurunu üzərinə və kənarlarına tökün (istəsəniz qlazuru tökməzdən əvvəl tortu perqament kağızının üzərinə yerləşdirilmiş soba rəfinə də qoya bilərsiniz; qlazurun damcıları kağıza töküləcək, siz də onu rahatca götürüb ata biləcəksiniz). Qlazurun özünü tutması üçün kənara qoyun.

Nuş olsun!
Etiketlər: cemlə, biləcəksiniz, götürüb, rahatca, Qlazurun, özünü, qoyun, kənara, tutması, töküləcək, kağıza, sokolad, vyana, azeri, tortu, Lepartın, damcıları, qlazurun, azcookbook
BİZİ İZLƏYİN