• Bananlı və badamlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 35 992

Tarix : 14-06-2014, 17:28

Bölmə : Tort reseptləri / Şərbətli şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

Yumurta - 3 ədəd
Şəkər - 200 qr
Banan 2 ədəd
Marqarin və ya kərə yağı - 200 qr
Soda - 1 ç.q.
Un

Şərbət üçün:
Limon - 1 limonun yarısı
Su - 200 q
Şəkər - 5 x.q.

Krem üçün:
Qaynadılmış qatılaşdırılmış süd - 1ədəd
Qatılaşdırılmış süd - 1ədəd

Bəzək üçün:
Badam və kakos ovuntusu

Hazırlanması:
Şəkər tozu ilə yumurtaları mətbəx süpürgəsi ilə qarışdırırıq.
Daha sonra çəngəllə əzilmiş banan püresini əlavə edirik.
Marqarin və ya yağ əridir, soda ilə qarışdırır və yavaş-yavaş hazır qarışığa əlavə edirik.
Az-az un əlavə edib xəmir alınana qədər qarışdıraq.
Sobanı 200 dərəcə qızdırıb, tavanı bitki yağı ilə yağlayırıq. Xəmiri nazik qat töküb bişməyə qoyuruq.
Qalınlığı 1-1,5 sm ölçüsündə 5 lay alınır.
Laylar bişdi, indi isə şərbət hazırlayaq.
Yarım limonu xırdalayırıq.
Bir qazana dilimlənmiş limon, su və şəkər tozu əlavə edib 15 dəqiqə vam istilikdə qaynadırıq.
Kremi hazırlayırıq.
Layları bir-bir kremləyir və hazırladığımız şərbətdən üzərinə əlavə edirik.
Bu ardıcıllıq beləcə davam edir.
Sonda isə tortumuzun üzərini badam və kakos ovuntusu ilə bəzəyirik.

Nuş olsun!
Etiketlər: əlavə, Şəkər, edirik, ovuntusu, yavaş, kakos, Marqarin, xırdalayırıq, qoyuruq, qazana, bişməyə, limon, dilimlənmiş, töküb, Qalınlığı, limonu, bişdi, Laylar, alınır
BİZİ İZLƏYİN