• Zolaqlı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 303

Tarix : 7-11-2015, 20:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q şokoladlı peçenye
360 q kəsmik
150 q şəkər tozu
300-400 q xama
20 q jelatin
1 plitka şokolad

Hazırlanması:
20 q jelatini 50 ml soyuq suda isladın. 40 dəqiqə saxlayın.

Kəsmiyi qaşıqla əzin, xama və şəkər tozu əlavə edib mikserlə çalın. Buraya şişmiş jelatini əlavə edin. Eynicinsli kütlə alınanadək mikserlə çalın.

Formanın içinə və divarlarına folqa döşəyin. Dibinə şokoladlı peçenyeləri düzün.
Üzərinə qaşıqla kəsmikli qarışıqdan qoyun, yayın. Sonra yenə peçenyeləri düzüb kəsmikli qarışıq çəkin. 4+4 belə lay hazırlayın.
Soyuducuda 2-3 saat, ən yaxşısı- bir gecə saxlayın. Hazır tortu boşqaba tərs çevirib folqanı çıxarın, üzərinə əridilmiş şokolad gəzdirin.

Zolaqlı tort resepti - FOTO RESEPT

Zolaqlı tort resepti - FOTO RESEPT

Zolaqlı tort resepti - FOTO RESEPT

Zolaqlı tort resepti - FOTO RESEPT

Zolaqlı tort resepti - FOTO RESEPT

Zolaqlı tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qədər, paket, şokolad, aldığı, stəkanı, qaşıq, fındıq, qatıb, şəkildə, qabartma, şantiyi, üzərinə, içinə, qarışığı, yalnızbananları, parçası, vədamla, kəsilmiş, oymalısınız, qisminə
BİZİ İZLƏYİN