• Nektarin tortu resepti

Reseptin məlumatları Baxış sayı: 10463

Tarix : 26.02.2016, 13:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şəkərli xəmir üçün:
Un — 600 q
Kərə yağı — 400 q
Şəkər kirşanı — 200 q
Yumurta — 1 ədəd
Duz — bir çimdik

İçlik üçün:
Un — 60 q
Kərə yağı — 20 q (əridilmiş)
Nektarin (tüksüz şaftalı) — 2 ədəd
Martsipan — 120 q
Şəkər kirşanı — 160 q
Yumurtanın ağı — 7 ədəd

Hazırlanması:
Şəkərli xəmiri hazırlamaq üçün:
1. Otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər kirşanı mikserlə ağaranacan çalınır.
2. Çalınmış kütlənin üzərinə yumurta əlavə edilir və yenidən mikserlə çalınır.
3. Qarışığa un və duz əlavə olunaraq əl ilə xəmir yoğrulur və 10 dəq. soyuducuda saxlanılır.

İçliyi hazırlamaq üçün:
4. Martsipan və şəkər kirşanı mikserlə çalınır.
5. Kütlənin üzərinə yumurta ağı az-az əlavə edilərək yenidən mikserlə çalınır.
6. Kərə yağı əridilir və ilıq halda qarışığın üzərinə əlavə olunub bir də mikserlə çalınır.
7. Alınan kütlənin üzərinə un əlavə edilir və taxta qaşıqla qarışdırılır.
8. Şaftalının qabığı soyulmadan dilimlərə bölünür.
9. Yağlanmış, unlanmış formaya xəmir yayılır, üzərinə içlik qoyulur, şaftalı dilimləri üzü yuxarı düzülüb qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir.
a. Martsipan bütün super marketlərdə satılır.
b. Un öncədən ələnir.

Nuş olsun!

Etiketlər: üzərinə, əlavə, mikserlə, çalınır, kirşanı, Martsipan, xəmir, Şəkərli, şəkər, yenidən, Şəkər, hazırlamaq, yumurta, edilir, kütlənin, şaftalı, öncədən, formaya, yayılır, qoyulur
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
CAS123
Oyyy ne gozeldi
26 yanvar 2016 23:23
1
BİZİ İZLƏYİN




Yandex.Metrica