• Köstəbək yuvası tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 420

Tarix : 8-11-2015, 11:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
1 st. xama
1,5 st. un
0,5 banka qatılaşdırılmış süd
1 st. şəkər tozu
1 paket qabartma tozu
2 yumurta
5 x.q. kakao tozu

krem:
500 q 35%-li qaymaq
0,5 banka qatılaşdırılmış süd

əlavə:
5 banan
1 banka bişmiş qatılaşdırılmış süd

Hazırlanması:
Un, qabartma tozu, kakaonu qarışdırın, xama, yumurta, qatılaşdırılmış süd əlavə edib səliqəylə qarışdırın. Yağlanmış formaya töküb çörəkbişirəndə "Piroq" rejimində 1 saat bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Çiy qalıbsa, daha 10-15 dəqiqə bişirin.
Kombayndan çıxarıb otaq temperaturunda 8-12 saat saxlayın.
Korjun kənarları bütöv qalmaq şərti ilə içini oyun.
Korjun içinə və divarına bişmiş qatılaşdırılmış süd çəkin.
Bananları təmizləyib korjun içinə düzün.
Qaymağı qatılaşdırılmış südlə qatılaşanacan çalın. Əgər qatılığı xoşunuza gəlmirsə, qaymaq qatılaşdırıcısı vurun. Bu kremi bananların üstündən təpəcik kimi qoyun.
Korjun içindən çıxardığınız hissəni ovun, qaymaqlı kremin üstünə çəkin. Üzərini giləmeyvə və nanə yarpağı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qatılaşdırılmış, Korjun, banka, qarışdırın, əlavə, çəkin, qaymaq, bişirin, bişmiş, qabartma, içinə, yumurta, xoşunuza, gəlmirsə, Bananları, vurun, qatılaşdırıcısı, qatılığı, qatılaşanacan, Kremimiz
BİZİ İZLƏYİN