• Ərik qurusu və kəsmikli kremlə tort resepti

Reseptin məlumatları Baxış sayı: 15 716

Tarix : 18-11-2015, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
biskvit:
1 yumurta
200 q xama
0,5 ç.q. soda
3 st. şəkər tozu
1 st. un

krem:
300 q ərik qurusu
600-700 ml portağal şirəsi
500 q kəsmik
şəkər tozu - zövqə görə
vanil
25 q jelatin

Hazırlanması:
Yumurtanı şəkər tozu və 1 çimdik duzla çalın. Xamaya soda əlavə edib qarışdırın, çaldığınız yumurtaya əlavə edin. Unu əlavə edib qarışdırın. Kərə yağı çəkilmiş formaya töküb 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Hazır biskviti soyudub ortadan iki yerə bölün (2 korj).

Jelatini 200 ml portağal şirəsində isladın, şişəndən sonra vam odda tam əriyənədək qızdırın (qaynatmayın). Ərik qurusunu yuyun, üzərinə 300 ml şirə töküb vam odda 15 dəqiqə bişirin. Sonra blenderdə xırdalayın. Jelatinin 3/4-nü əlavə edib yenə çalın. İstəsəniz, sonra bunun içinə bir qədər doğranmış ərik qurusu qata bilərsiniz.
Kəsmiyi blenderdə xırdalayın, zövqə görə şəkər tozu və vanil, jelatinin qalanını qatıb yenə çalın.
Formanın içinə qida plyonkası döşəyin (dibinə və kənarlarına). Birinci korju qoyun, kəsmikli kremin yarısını tökün, tam donanadək soyuducuya qoyun. Yaxud dondurucuda 10 dəqiqə saxlaya bilərsiniz.
Donandan sonra çıxarıb ərikli kütlənin 2/3 hissəsini tökün. Bu zaman doğranmış ərik qurusu əlavə edə bilərsiniz.
Növbəti lay - kəsmikli kremdir. Bundan sonra ikinci korju qoyub ərikli kütlənin qalanını tökün. Yenə dondurucuya qoyun. (Tortu bir korjla da edə bilərsiniz, şəkildəki kimi).
Hazır tortu soyuducuda 2-3 saat saxlayın. Sonra zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, əlavə, şəkər, sonra, qoyun, zövqə, tökün, dəqiqə, çalın, qurusu, Sonra, Hazır, bişirin, blenderdə, qalanını, ərikli, kütlənin, kəsmikli, korju, doğranmış
BİZİ İZLƏYİN