• Tort üçün ideal biskvit resepti

Reseptin məlumatları Baxış sayı: 1 922 495

Tarix : 21-11-2015, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
1 st. şəkər tozu
1 st. un
vanil

Hazırlanması:
Sobanı 170 dərəcə qızdırın.
Yumurtaya şəkər tozu və vanil qatıb mikserin maksimum sürətində 5-10 dəqiqə (daha çox da ola bilər, mikserdən asılıdır) çalın. Kütlə 3-4 dəfə böyüyür, qatı və ağ olur.
Unu ələyin, qaşıqla yumurtalı kütləni aşağıdan yuxarı qaldırmaqla unu daxil edin.
Formanın dibinə perqament döşəyin, həm kağıza, həm divarlarına yağ çəkin. Un səpin. Xəmiri tökün (formanın yarısından azacıq çox). Üzərinə mütləq folqa çəkin (folqanın xəmirə baxan hissəsinə mütləq yağ vurun).
Qızdırılmış sobaya qoyun.

170 dərəcədə 25-30 dəqiqə bişirin, sonra 150 dərəcəyədək azaldıb 25-30 dəqiqə bişirin. Yəni ümumi vaxt 50-60 dəqiqəyə bərabər olacaq. Əsas odur ki, bu müddətdə sobanın ağzını açmayasınız.

Folqanı çıxarın. Biskvitin hündürlüyü 6 sm alınmalıdır. Biskviti ən azı 6-8 saat dinləndirin. Sonra isə ondan tort hazırlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, çəkin, vanil, mütləq, şəkər, qoyun, dərəcədə, azaldıb, ümumi, dərəcəyədək, sonra, vurun, xəmirə, folqanın, folqa, baxan, hissəsinə, Qızdırılmış, dəqiqəyə
BİZİ İZLƏYİN