• Gilənarlı bəyaz tort resepti

Reseptin məlumatları Baxış sayı: 21 618

Tarix : 2-12-2015, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q xama
200 q kərə yağı
3 st. un
vanil
1 ç.q. soda
0,5 ç.q. alma sirkəsi

iç:
600 q gilənar
şəkər tozu (içə)

krem:
600 q xama
120 q şəkər pudrası

bəzək:
50 q kokos yonqarı

Hazırlanması:
Bütün ərzağın otaq temperaturunda olmasına diqqət edin.

Yağı xama ilə qarışdırın, tədricən unu, sirkədə sööndürülmüş sodanı əlavə edin. Xəmir yumşaq və elastik alınacaq. Üzərinə qida plyonkası çəkib soyuducuda 2 saat saxlayın.
Dondurulmuş gilənar, hətta gilənar mürəbbəsi də istifadə edə bilərsiniz. Bu zaman artıq şirəsini sıxın.
Xəmiri 16 yerə bölün. Hər birini uzun nazik yayın. Ortasına dənəsi çıxarılmış gilənar qoyub şəkər tozu səpin. Xəmirin kənarlarını qatlayıb birləşdirin.
Formanın içinə dairə boyunca düzün. Dibi tam doldurun. 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Dörd ədəd bu cür korj bişirin.

Korjları tam soyudun.
Xamanı şəkər pudrası ilə çalın. Korjları arasına krem çəkməklə üst-üstə düzün. Yarım saat otaq temperaturunda saxlayın, sonra isə soyuducuya qoyun. Bütün gecəni saxlasanız, daha gözəl olar.
Üzərinə krem çəkib kokos yonqarı səpin. Korjlar kremi yaxşı hopdurur, tort yumşaq və dadlı alınır. Kəsəndə də effektli görünür.

Nuş olsun!
Etiketlər: gilənar, şəkər, Üzərinə, temperaturunda, Korjları, düzün, yumşaq, Bütün, bişirin, çəkib, saxlayın, pudrası, kokos, yonqarı, səpin, dəqiqə, Xamanı, soyudun, təxminən, boyunca
BİZİ İZLƏYİN