• Royal icing krem resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 014

Tarix : 1-12-2015, 13:00

Bölmə : Tort reseptləri / Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : Yox


Royal icing, peçenye bəzəmədə istifadə edə biləcəyiniz ləzzətli bir kremdir. Onu digər kremlərdən ayıran ən əhəmiyyətli xüsusiyyəti qatı, ləzzəti və üzərində rahat işləyə bilinməsidir.
Sərt bir krem ​​növüdür. Buna görə də quruduqdan sonra pozulmadan sabit qalar. Bu xüsusiyyəti səbəb ilə tortların üzərinə yazı yazmaqda və ya şəkil çəkmək də rahatlıqla istifadə edilə bilər. Dadlı.Az bildirir ki, hazırladığınız peçenyeləri istədiyiniz kimi rəngləndirərək royal icing'le asanca bəzəyə bilərsiniz.

Tərkibi:
3 ədəd yumurta ağı
1/4 limon suyu
1 paket toz şəkəri (250 qr)
Toz qida boyası (rəngləndirmək istəyənlərə)

Hazırlanması:
Pudra şəkəri mümkün olduğunca incə olmalı. Əvvəlcə pudra şəkərini bir neçə dəfə eləydən sonra robotdan keçirərək incəldin. Yumurta ağı və pudra şəkərini bir qabda qarışdıraraq yavaşdan bərkə doğru çırpın. Qarışığa limon suyunu əlavə edib krem ​​şanti qatı olana qədər çırpmağa davam edin. Qatılığı axıcı olsa kənarlardan daşar, sərt olsa düzgün şəkil verə bilməzsiniz. Qatılığının doğru olub olmadığını anlamaq üçün qarışıqdan bir qaşıq alın və aldığınız yerə geri damladın. Kasaya düşdükdən sonra qarışığın üstündə təxminən 5 saniyə dayanmalı. Maye olursa yavaş yavaş pudra şəkəri əlavə əlavə edin qatılığı nizamlamağa çalışın.
Rəngləndirmək üçün çox az toz boya əlavə edin və qısa bir müddət daha çırpın. Qurumaması üçün gözlətmədən istifadə edin. Qarışığı yağlı kağızdan etdiyiniz qıfın içinə dolduraraq istifadə edə bilərsiniz. Ya da spatula, bıçaq, hazır krem ​​sıkacağıyla da asanlıqla qoya bilərsiniz.

QEYD: Royal icing peçenye resepti üçün bu yazıya "klikləyə" bilərsiniz.

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT

Royal icing krem resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istifadə, əlavə, bilərsiniz, sonra, şəkəri, pudra, xüsusiyyəti, çırpın, yavaş, şəkil, limon, doğru, icing, şəkərini, daşar, düzgün, Qatılığının, anlamaq, olmadığını, qarışıqdan
BİZİ İZLƏYİN