• Qırmızı ürəkli rulon tort resepti

Reseptin məlumatları Baxış sayı: 18 757

Tarix : 10-06-2016, 09:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 dənə yumurta,
1,5 stəkan un,
1 stəkandan bir barmaq əksik şəkər,
1 paket qabartma tozu,
2 yemək qaşığı vanilin,
½ çay qaşığı qırmızı qıda boyası,

Kremi üçün:
4 stəkan süd,
1 stəkan un,
Şəkər,
2 yemək qaşığı krem şanti,
1 yemək qaşığı kərə yağı,
2 yemək qaşığı vanilin,

Hazırlanması:
Əvvəlcə ymurtaları qırın.
Sonra üzərinə şəkəri əlavə edin.
Yumurta və şəkəri krem qatılığına gələnə qədər mikserlə çırpın. Unu və qabartma tozunu da əlavə edib qarışdırın.
Bu qarışıqdan 4 qaşıq başqa qaba alın. 1 yemək qaşığı un əlavə edin.
1 qaşıq kərə yağını əridib içinə qarışdırın.
Gıda boyasını əlavə edib qarışdırmağa davam edin.
Rəngli xəmiri sıxma torbasına yığın.
Torbanı kürdanla deşin.
Əvvəlcə ürəklərin formasıı düzəldin.Sonra isə ürəklərin içini doldurun.
Düzəltdiyiniz ürəkləri fırın sinisinə yığın və 160 dərəcə qızdırılmış fırında 2 dəqiqə bişirib tez də çıxardın.
Üzərinə qalan keks xəmirini eyni şəkildə yayın. 160 dərəcə qızdırılmış fırında 10-12 dəqiqəyə yaxın bişirin.
Fırından çıxartdıqdan həmən sonra yavaşca sarıyaraq rulon bükün.
Isladıb möhkəm sıxdığınız bir dəsmalı rulonunuza bükün. 2-3 dəqiqə sonra dəsmalı açın.
Rulonunuz soyuduğu müddətdə kremini hazırlayın. Bir qazana süd, un şəkər qoyun.
Çırpma teli ilə möhkəm qarışdırın və ocağa qoyun. Ocaqdadavamlı qarışdırın.
Qatı bir bir krem hazırlayın.
Qaynamağa başladıqdan sonra altını azaldın və qarışdırmaya davam edin. 4-5 dəqiqə sonra altını söndürün.
Kənara alın arada qarışdırın.
Kərə yağını və toz kremşantini də əlavə edib qarışdırın.
Soyuduqdan sonra rulonunuzun içinə spatula yardımı ilə kremi yayın.
Və rulonunuzu hazırlayın.
Ürəklər üstdə qalacaq şəkildə servis tabağına yığın.

Nuş olsun!
Etiketlər: qarışdırın, qaşığı, əlavə, sonra, yemək, yığın, dəqiqə, hazırlayın, stəkan, davam, içinə, altını, yağını, qoyun, bükün, fırında, şəkildə, yayın, qızdırılmış, dərəcə
BİZİ İZLƏYİN