• Balqabaqlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 888

Tarix : 18-06-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
100 qram krem
2 ədəd yumurta
1 çay qaşığı vanil
1/ 2 çay qaşığı darçın
75 qram döyülmüş qoz
50 qram pudra şəkəri
125 qram kərə yağı
1 ədəd yumurta
1/ 4 çay qaşığı zəncəfil
190 qram un
140 qram şəkər
1/8 çay qaşığı döyülmüş qoz
1/8 çay qaşığı duz
110 qram toz badam
1/ 2 çay qaşığı duz
400 qram balqabaq

Hazırlanması:
Xəmir üçün bir qabda un, toz badam, duz və pudra şəkərini qarışdırın.
Kərəyağını otaq istiliyində yumşaldıb xəmirə qatın.
Yumurtanı əlavə edib yoğurun. Yoğurmuş olduğunuz xəmiri açın. 23 sm. diametirlik qaba dartaraq yayın.
Üzərində çəngəllə dəliklər açıb 30 dəqiqə soyuducunda gözlədin. Sobanı 160 dərəcədə istilədin.
Tort qablarına yaymış olduğunuz xəmiri 25 dəqiqə bişirin.
İçi üçün yuxarıda göstərilən bütün ərzaları mikserdə yaxşıca qarışdırın.
Çırptığınız qarışığı xəmirin üzərinə yayın və qaşıq köməyi ilə düzləşdirin.
Əvvəldən 160 C isitilətdiyiniz sobada 35 dəqiqə bişirin.
Balqabaqlı tortun soyuyunca üzərini pudra şəkəriylə bəzəyin.

Nuş olsun!
Etiketlər: qaşığı, dəqiqə, pudra, yumurta, bişirin, yayın, xəmiri, döyülmüş, olduğunuz, qarışdırın, badam, mikserdə, yaxşıca, Çırptığınız, ərzaları, yuxarıda, qablarına, istilədin, yaymış, qarışığı
BİZİ İZLƏYİN