• Almalı tort resepti

Reseptin məlumatları Baxış sayı: 18 105

Tarix : 20-06-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
8 qəhvə fincanı un
200 qr. marqarin (yumşaq)
1 ədəd yumurta
1 sup qaşığı qatıq
1 qəhvə qaşığı qabartma tozu
1 limon qabığının rəndəsi
1 sup qaşığı pudra şəkəri
3 ədəd alma ( turş )
1 çay stəkanı şəkər
1/ 2 paket darçın

Hazırlanması:
Unu ələnib yağ, yumurta, qatıq, qabartma tozu, pudra şəkər, limon qabığı rəndəsi əlavə edib qarışdırın.
Sonra un ilə yoğurun. Biri daha böyük olan iki parçaya ayırın.
Böyük parça yarım sm. qalınlığında açın. 25-30 sm. diametir böyüklüyündə boşqaba yerləşdirin.
Xəmirin üzərinə incə alma dilimləri yerləşdirin. Darçına qarışdırılmış toz şəkəri səpin.
Digər xəmirdən incə çubuqlar hazırlayın. Almaların üzərinə dilim dilim yerləşdirin.
Orta dərəcəli sobada çəhrayı rəngə çalana kimi bişirin. Boşqaba qoyun.
Zövqünüzə görə üzərinə marmelad və ya vanilli pudra şəkər əlavə edəbilərsiniz bilərsiz.

Qeyd: Xəmir belə hazırlana bilər.

1.5 xörək qaşığı un, 5 xörək qaşığı düyü unu ilə qarışdırılıb ortasını açın.
250 qr. marqarin, 1 yumurta, 2 xörək qaşığı şəkər, 1 çay qaşığı qabartma tozu və 1 limon qabığı rəndəsi töküb yoğrun. ( 3-4-5-6-7 nömrəli əməliyyat eynilə edin).

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, limon, xörək, rəndəsi, pudra, qabartma, üzərinə, yerləşdirin, yumurta, qəhvə, qabığı, əlavə, qatıq, dilim, marqarin, şəkəri, qoyun, Zövqünüzə, çalana
BİZİ İZLƏYİN