• Kartoflu qozlu tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 419

Tarix : 29-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:

6 orta boy kartof
100 qr marqarin
1 su stəkanı şəkər tozu
5 yumurta
1 çay stəkanı un halva halında
200 qr çəkilmiş qoz
1 paket qabartma tozu

İçlik üçün:
1/2 lt süd
2 paket krem şanti
1 paket vanil
1 yemək qaşığı darçın
4 yemək qaşığı alma pürəsi
4 yemek kaşığı şəkər

Hazırlanması:
Kartofları yuyub qabıqları ilə qaynadın.
Soyuduqdan sonra qabıqlarını təmizləyib rəndələyin.
Marqarini əridərək şəkərlə birlikdə köpürənədək çırpın.
Yumurtaları tək-tək əlavə edin.
Çəkilmiş qoz, qabartma tozu və rəndələnmiş kartofları əlavə edərək qarışdırın.
Hazırladığınız xəmiri yağlanmış unlanmış qəlibə tökərək 180 dərəcə isidilmiş sobada bişirin.
Bir az soyuduqdan sonra qəlibdən çıxarın.
Alma pürəsini hazırlamaq üçün, bir almanı rəndələyib öz suyu ilə yüngülcə bişirin. Krem şantini südlə çırpın.
Darçın, alma püresini vanil ilə qarışdırdıqdan sonra soyumuş keksin üzərinə sürün.
Süfrəyə soyuq təqdim edin.

Nuş olsun!
Etiketlər: paket, sonra, vanil, qabartma, yemək, qaşığı, bişirin, əlavə, çırpın, şəkər, stəkanı, 60Tərkibi, sobada, soyuduqdan, qəlibdən, hazırlamaq, pürəsini, çıxarın, isidilmiş, tökərək
BİZİ İZLƏYİN