• Bananlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 799

Tarix : 25-06-2016, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:

1.5 su stəkanı un
1/2 su stəkanı pudra şəkəri
7 xörək qaşığı kərə yağı
1/3 su stəkanı döyülmüş badam
1 yumurtanın ağı

Krem üçün:
2 su stəkanı krem patisserie
1 su stəkanı krem şanti
3 banan
2 xörək qaşığı ərik marmeladı

Hazırlanması:
Un, pudra şəkəri, kərə yağı, döyülmüş badam və yumurta ağını qarışdıraraq xəmir halına gətirin.
Hazırladığınız xəmiri qaba yerləşdirin və bir neçə yerdən çəngəllə deşərək 200 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.
Krem şanti ilə krem patisserie, qarışdırın və soyuyan tort xəmirinin üzərinə yayın.
Tortu banan dilimləri və ərik marmeladı ilə bəzəyin

Nuş olsun!
Etiketlər: stəkanı, badam, döyülmüş, patisserie, qaşığı, banan, marmeladı, şanti, pudra, şəkəri, xörək, bişirin, qarışdırın, dəqiqə, isidilmiş, dərəcə, soyuyan, sobada, yayın, deşərək
BİZİ İZLƏYİN