• Çiyələkli tart resepti

Reseptin məlumatları Baxış sayı: 15 972

Tarix : 7-07-2016, 19:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
250 qr. kərə yağı
2 ədəd yumurta
1 qəhvə fincanı süd
1 su stəkanı şəkər
2 su stəkanı un
1 paket vanil
½ çay qaşığı qabartma tozu

Kremi üçün:
2 su stəkanı süd
2 yemək qaşığı un
1 ədəd yumurta
3 yemək qaşığı toz şəkər
1 paket vanil
1 desert qaşığı kərə yağı

Üzəri üçün:
400 qr. çiyələk

Hazırlanması:
Kərəyağını əridərək şəkər, vanil və süd əlavə edərək mikser ilə qarışdırın.
Yumurtaları əlavə edin. Un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.
28 sm. hündürlüyündə olan tart qəlibini yağlayıp xəmiri içinə tökün.
Daha əvvəldən ısıtmış olduğunuz 180 ° C sobada bişirin.
Tart bazası soyuyarkən kremi hazır hala gətirin.
Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.
Ocaqdan götürmədən 2 dəqiqə əvvəl kərəyağını əlavə edib qarışdırın.
Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.
Çiyələkləri saplarından ayırıb dilimləyin və bəzəyərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, şəkər, vanil, stəkanı, yumurta, qarışdırın, yemək, qabartma, bişirin, paket, götürmədən, Ocaqdan, vanili, əvvəl, kərəyağını, qazanda, dəqiqə, qədər, atəşdə
BİZİ İZLƏYİN