• Limonlu tart resepti

Reseptin məlumatları Baxış sayı: 13 473

Tarix : 10-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı un
3 şorba qaşığı kərə yağı
1 qəhvə fincanı süd
3 yemək qaşığı pudra şəkəri
2 yumurta sarısı
3 ədəd limon
1 ədəd portağal
1,5 qəhvə fincanı su
1 paket tart jele
2 çay stəkanı toz şəkər

Hazırlanması:
Unu geniş yoğurma qabına tökün. 2. İçinə kərə yağı, yumurta sarısı, 1 çay qaşığı limon qabığı, süd əlavə edib yoğurun. Üstünü örtün və 1 saat köpməsini gözləyin.
Limon və portağalı sıxın. Portağal və limon suyuna, şəkər, jele və su əlavə edib yavaş yavaş qarışdıraraq az atəşdə bişirin. 4. Rəngi tündləşincə ocaqdan alın soyumağa buraxın.
Tart qəliblərinizi yağlayıb un səpin.
Xəmiri qəlibə bərabər miqdarda əlavə edib əlinizlə xəmirin qəlibə yayılmasını təmin edin.
180 dərəcədə isidilmiş sobada 20 dəqiqə bişirin.
Sobadan çıxdıqdan sonra üzərinə hazırladığınız jeleni tökün limon və ya portağal dilimlərini düzüb əlavə 10 dəqiqə limon dilimlərinin qızarması üçün sobaya qoyun.

Nuş olsun!
Etiketlər: limon, əlavə, qaşığı, bişirin, şəkər, tökün, dəqiqə, sarısı, yavaş, portağal, qəhvə, stəkanı, yumurta, fincanı, qəlibə, yayılmasını, yağlayıb, dərəcədə, xəmirin, təmin
BİZİ İZLƏYİN