• Şokoladlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 15 290

Tarix : 9-07-2016, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 stəkan toz şəkər
2 yumurta sarısı
1 stəkan fındıq unu
3,5 stəkan un
225 qram kərə yağı
1 paket vanil

Xəmiri üçün:
100 qram krem
100 qram labne pendir
100 qram bitter şokolad
100 qram südlü şokolad

Bəzəmək üçün:
file fındıq

Hazırlanması:
Yumşaq kərə yağı və şəkəri krem olana qədər mixerdə qarışdırın.
Yumurta sarılarını, fındıq ununu, unu və vanili əlavə edin.
Alinmiş ərzaqları əlinizlə yoğurun.
Yumurta böyüklüyündə parçalara ayırıb tart qəliblərinə basdıraraq yayın.
Ortasını bir neçə yerdən çəngəllə deşin və 180 dərəcə sobada qizarana qədər bişirin.
Onlar bişərkən içliyi hazırlayın.
Kremi istilədin, kiçik parçalara ayırın şokoladı əlavə edərək qarışdırın.
Labne pendirindən də əlavə edin və hamar bir konsistensiyaya gələnə qədər çırpın.
Soyuyan tartın içinə kremi qoyun və üzərinə file fındıqları ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, fındıq, qədər, stəkan, Yumurta, qarışdırın, parçalara, şokolad, dərəcə, istilədin, kiçik, ayırın, deşin, şokoladı, Kremi, hazırlayın, qizarana, Onlar, bişərkən, sobada
BİZİ İZLƏYİN