• Ərikli tart resepti

Reseptin məlumatları Baxış sayı: 14 924

Tarix : 5-07-2016, 17:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
250 qr kərə yağı
2 ədəd yumurta
1 qəhvə fincanı süd
1 su stəkanı toz şəkər
2 su stəkanı un
1 paket vanil
½ çay qaşığı qabartma tozu

Krem üçün:
2 su stəkanı süd
2 yemək qaşığı un
1 ədəd yumurta
3 yemək qaşığı toz şəkər
1 paket vanil
1 şirin qaşığı kərə yağı

Üzəri üçün:
500 qr mürdüm əriyi
1 paket tart jelesi
½ çay stəkanı toz şəkər

Hazırlanması:
Kərəyağını əridərək şəkər vanil və süd əlavə edərək mikser ilə qarışdırın.
Yumurtaları əlavə edin, un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.
28 sm. səviyyəsində bir tart qəlibini yağlayıp xəmiri içinə tökün.
Daha əvvəldən isidmiş olduğunuz 180 ° C sobada bişirin.
Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.
Ocaqdan almadan 2 dk. əvvəl kərəyağını əlavə edib qarışdırın.
Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.
əriklərin hər birini 4-ə bölün və qazana alın.
Üzərinə toz şəkər əlavə edib şəkər əriyənə qədər bişirin.
Bişdikdən sonra soyumağa buraxın.
Soyuduqdan sonra tartın üzərinə istədiyiniz şəkildə yerləşdirin.
Tart jelesini paketin arxasındakı tərifə görə hazırlayıb əriklərin üzərinə tökdükdən sonra dilimləyərək süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, stəkanı, qaşığı, sonra, vanil, paket, yumurta, bişirin, qarışdırın, qədər, əriklərin, üzərinə, qabartma, yemək, olsun, doldurun, verin, birini, qazana
BİZİ İZLƏYİN