• Güllaç tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 539

Tarix : 7-07-2016, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
8 Yarpaq güllaç
8 Su stəkanı süd
1,5 Su stəkanı şəkər
3 Şorba qaşığı gül suyu
1 Su stəkanı hindistan qozu
1 Çay stəkanı pudra şəkəri

İçi üçün:
6 Alma
1 Çay stəkanı şəkər
1 Çay qaşığı darçın

Sousu üçün:
1 Paket çöl qarağatı
3 Şorba qaşığı şəkər

Hazırlanması:
Qazanda südü ilıq olacaq qədər istilətdikdən sonra içinə 3-4 şorba qaşığı gül suyu əlavə edib qarışdırırıq.
Almaları rəndələyib, şəkəri də əlavə edib qazanda bişiirirk sonra darçını içinə əlavə edib qarışdırırıq.
Bir ədəd güllaç yarpağını bir neçə parçaya ayırıb süd ilə isladıb kasanın alt qisiminə bir az qoyuruq üzərinə almalı harçtan əlavə onun da üzərinə kokos və pudra şəkəri töküb digər parçaları da üzərinə əlavə edirik.
Üzərinə bir çömçə daha süd tökdükdən sonra soyumağa buraxırıq ..
Sousu üçün isə, çöl qarağatını 3 şorba qaşığı şəkər ilə öz suyu ilə qazanda bişiririk.
Kasada kı güllaçları tərs çevirərək qaba qoyuruq.
Bişən sousu üzərinə töküb süfrəyə təqdim edirik.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, stəkanı, üzərinə, şəkər, sonra, şəkəri, içinə, qarışdırırıq, qazanda, edirik, şorba, töküb, pudra, qoyuruq, Şorba, Sousu, güllaç, kokos, tökdükdən
BİZİ İZLƏYİN