• Şokoladlı Alman tortu resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 15 117

Tarix : 9-07-2016, 23:00

Bölmə : Tort reseptləri / Video reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 su stəkanı ilıq süd
1 paket maya
1/2 su stəkanı duru yağ
1 çay stəkanı şəkər
1 yumurta
Aldığı qədər un

Krem üçün:
1 paket kakaolu tortu kremi
Süd

Üzəri üçün:
Şokolad sousu
Pudra şəkəri

Hazırlanması:
Xəmir ərzaqlarını bir qaba qoyun və az az un əlavə edib yumşaq xəmir yoğurun 1 saat mayalandırın.
Tort kremini üzərindəki reseptə görə hazırlayıb soyuducuya qoyun.
Mayalanan xəmirdən mandalin böyüklüyündə parçalar qoparıb soba qabına düzün.
190 dərəcə sobada altları qızarana qədər bişirin.
Soyuyanda aralarını bıçaqla kəsip kremi sıxın.
Üzərinəşokolad sous gəzdirib pudra şəkəri səpin.

Nuş olsun!

BİZİ İZLƏYİN