• Tart formalı tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 14 937

Tarix : 14-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 yumurta
1 çay stəkanı şəkər tozu
1 çay stəkanı süd
1 çay stəkanı duru yağ
1 qabartma tozu
2 xörək qaşığı kakao
2 çay stəkanı un

Keksi islatmaq üçün:
yarım su stakanı ilıq su
1 çay qaşığı nescafe

Kremi üçün:
1 yumurta sarısı
1 çay stəkanı şəkər tozu
2 qaşıq un
2,5 su stəkanı süd
100 qr labne pendiri

Üzəri üçün:
kakao

Hazırlanması:
Yumurta və şəkər 5 dəqiqə çırpılır, digər ərzaqlar əlav ə olunur və yağlanmış unlanmış tart qabına tökülür.
180 dərəcədə 15-20 dəqiqəyə qədər bişirilir.
Kremi üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılır və qaynayanda söndürülür və labne pendiri əlavə olunub qarışdırılır.
Keks sobadan çıxarılanda ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.
Üzərinə krem əlavə olunur və kakao ələnərək bəzədilir.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, pendiri, labne, kakao, Kremi, qaşığı, olunur, qarışdırılır, yumurta, əlavə, ərzaqlar, ələnərək, qədər, bişirilir, bəzədilir, yağlanmış, dərəcədə, qabına, dəqiqəyə
BİZİ İZLƏYİN