• Mozaik tort resepti

Reseptin məlumatları Baxış sayı: 19 049

Tarix : 15-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 paket peçenye
1 su stəkanı süd
3 yemək qaşığı kakao
100 qram qara şokolad
125 qram kərəyağı ya da marqarin
3 yemək qaşığı şəkər
Yarım su stəkanı fındıq/fıstıq

Hazırlanması:
Kərəyağını geniş bir tavaya qoyub, əridək, sonra südü və kakonu əlavə edərək qarıştırıb qaynadaq.
Qaynadıqdan sonra şəkəri töküb qarışdıraq.
Qaynayan qarışıma tünd şokoladı əlavə edək.
Tavanı qazdan götürək. Şokoladın əriməsini gözləyək. Daha sonra yenə qarışşdıraraq soyumağa qoyaq.
dərin bir qaba peçenyeləri qıraq.
Çox xırda olmamasına fikir verək. Üzərinə şokoladlı qarışımı tökək.
Quru yemişləri də əlavə edərək əzmədən qarışdıraq.
Streç salaq, üzərinə qarışımı əlavə edək, əllərimizlə yanlardan sıxıb piramida şəklinə salaq. Yenə streçlə bağlayaq.soyuducuda 3 saat saxlayaq.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, stəkanı, yemək, qaşığı, qarışımı, edərək, salaq, qarışdıraq, peçenyeləri, dərin, qazdan, qıraq, olmamasına, xırda, götürək, qoyaq, gözləyək, qarışşdıraraq, fikir
BİZİ İZLƏYİN