• Böyürtkənli cheesecake resepti

Reseptin məlumatları Baxış sayı: 13 829

Tarix : 15-07-2016, 15:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1, 5 paket peçenye
75 gr kərəyağı
2 yemək qaşığı süd

Dolğusu üçün:
3 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı krem
400 qr labne pendiri

Sosu üçün:
Böyürtkən sosu

Hazırlanması:
Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq.
Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq.
Bu qarışımı da tökürük basıb sıxırıq.
Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq.
Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq.
Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik.
Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq.
Cheesecake şişəndə dərəcəni 160-a salırıq.
Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq.
Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik.

Nuş olsun!
Etiketlər: qoyuruq, edirik, tökürük, labne, üzərinə, qarışdırırıq, Cheesecake, salırıq, qabına, qarışdırma, qaşığı, stəkanı, şişəndə, Qarışdırmağa, dərəcəni, pendirini, çırpma, Kremi, sobaya, dərəcəlik
BİZİ İZLƏYİN