• Bişməyən şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 17 987

Tarix : 18-07-2016, 09:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 paket peçenye
3 yemək qaşığı doşab
3 yemək qaşığı kərəyağı

Muhalləbisi üçün:
5 su stəkanı süd
1 su stəkanı şəkər
1 su stəkanı üyüdülmüş buğda
1 su stəkanı fıstıq

Üstü üçün:
2 paket südlü şokolad
1 paket tünd şokolad

Hazırlanması:
Əvvəlcə kərə yağını əridək.
Peçenyeləri toz halına salacaq qədər üyüdək bir qaba qoyaraq yağı və doşabı töküb əlimizlə qarışdıraq.
Qəlibə töküb yayıb əlimizlə sıxaq. Soyuducuya qoyub biraz saxlayaq.
Qazana bişirəcəyimiz muhallebi ərzaqlarını qoyuq qarışdıraraq göz göz olanadək qarışdırırıq.
Soyududakı peçenyelərimizin üzərinə töküb otaq temperaturunda gözlədib təkrar soyuducuya qoyub bir vəya iki saat gözlədirik.
Şokoladlarımızı əridib üzərinə yayırıq.
Muhallebimiz soyuduğu üçün şokoladımız tez donacaq.
Üzərini istədiyimiz şəkildə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, paket, töküb, yemək, qaşığı, üzərinə, şokolad, qoyub, əlimizlə, qarışdırırıq, olanadək, qarışdıraraq, Soyududakı, peçenyelərimizin, temperaturunda, content, qoyuq, ərzaqlarını, biraz, uploads
BİZİ İZLƏYİN