• Pufuduk tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 998

Tarix : 16-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 paket kakaolu puding
Süd (pudinglərin arxasında yazan miqdar qədər)
1 yemək qaşığı marqarin
1 paket vanil
3 paket peçenye

Hazırlanması:
Pudinqləri və arxasında yazan miqdar qədər südü qazana tökürük.
Bişirməyə başlayırıq.
Tündlşməyə başlayanda marqarini əlavə edirik.
Göz göz olduqdan sonra qazdan götürüb vanili əlavə edirik.
5 dəqiqə qədər qarışdırıb soyumasını gözləyirik.
Daha sonra bir boşqaba bir su stəkanı süd töküb peçenyeləri tək tək batırıb dördbucaq boşqaba düzürük.
İlk sıranı düzdükdən sonra 3 yemək qaşığı pudinqi üzərinə töküb yayırıq.
Eyni formada 2-ci sıra peçenyeləri düzüb 3 yemək qaşığı pudinq töküb yayırıq.
3-cü sıra peçenyeləri düzüb qalan pudinqi əlavə edirik və üzərini fıstıqla üzerini bəzəyirik.
Soyuduqdan sonra soyuducuya qoyub 1 saat gözləyirik.

Nuş olsun!
Etiketlər: sonra, yemək, qədər, qaşığı, əlavə, töküb, paket, peçenyeləri, edirik, yayırıq, pudinqi, düzüb, miqdar, yazan, gözləyirik, boşqaba, arxasında, düzdükdən, sıranı, düzürük
BİZİ İZLƏYİN