• Möhtəşəm marduk tortu resepti

Reseptin məlumatları Baxış sayı: 15 573

Tarix : 17-07-2016, 15:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket peçenye
2 paket krem şanti
2 su stəkanı soyuq süd

Üzərinə:
1 paket şokolad sousu

Hazırlanması:
Şokolad sousu 2 su stəkanı süd ilə hazırlanır və soyumağa buraxılır.
Arada bir çırparaq qabıq bağlanmasının qarşısı alınır və o şəkildə soyudulur.
2 su stəkanı soyuq süd ilə 2 qutu krem şanti qatılaşana qədər çırpılır.
peçenye krem şantiye sürtülür və uyğun qaba düzülür.
ən son soyumuş olan şokolad sousu üzərinə gəzdirilir və yavaşça düzləndirilir.
Üzəri streç ilə örtülür yumşaq olması üçün 1 gecə saxlanılır.

Qeyd: Orjinalda 1 paket duru krem ( 200 gr ) və 200 gr şokolad ilə qarışdırılır üst sousu hazırlanılır. O şəkildə də edə bilərsiniz. Tort dilimlənərək servis edilir.

Nuş olsun!
Etiketlər: paket, sousu, stəkanı, şokolad, peçenye, soyuq, şəkildə, şanti, gəzdirilir, yavaşça, düzləndirilir, Üzəri, üzərinə, şantiye, düzülür, sürtülür, streç, soyumuş, uyğun, yumşaq
BİZİ İZLƏYİN