• Portağallı şokoladlı parfe resepti

Reseptin məlumatları Baxış sayı: 12716

Tarix : 19.07.2016, 21:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4




Tərkibi:
2 yumurta
2 paket tünd şokolad (160 gr.)
1 qutu süd kremi (200 ml.)
6 yumurta
3 ədəd yumurta ağı
3 yemək qaşığı şəkər tozu
2 paket ağ şokolad (160 gr.)
1 qutu krem şanti
2 çay stəkanı süd
1 çay stəkanı portağal qabığı
1/4 çay qaşığı turuncu qida boyası
3 paket vanil
Vanil, şokolad (1 çayqaşığı)
2 yemək qaşığı kakao

Dekor portağallar üçün:
2 ədəd portağal
1 paket qara şokolad(80 gr.)
3-4 yemək qaşığı şəkər

Hazırlanması:
Düzbucaqlı qabı yağlayın.
Kağız vəya streç iləörtün.
Kremi mikserilə çırpın, qabarsın.
Bərabər olaraq 3 yerə ayırın.
Soyuducuya qoyun
Krem şantini 2 çay stəkanı soyuq süd ilə çırpın.
Bərabər olaraq 3 yerə ayırın.

Ağ şokoladlı qat:
2 yumurtanın ağını və sarısını ayırın.
Sarısını 1 yemək qaşığı şəkər və vanillə çırpın.
2 yumurta ağına 1 yumurta ağı əlavə edin.
Cəmi 3 yumurta ağını 1 çimdik duz ilə mikser ilə çırpın.
Ağ şokoladı əridin.Yumurta sarısına qarışdırın.
Sonra da 3 yerə ayrılan kremin biri ilə qarışdırın.
Krem şantinin 3’də biri və yumurta ağları ilə qarışdırıb qəlibə tökün.
Soyuducuda saxlayın.

Portağallı qat:
2 yumurtanın ağını və sarısını ayırın.
Sarısını 1 yemək qaşığı şəkər və vanillə çırpın.
2 yumurta ağına 1 yumurta ağı əlavə edin.
Cəmi 3 yumurta ağını 1 çimdik duz ilə mikserilə çırpın.
Portağal qabığı mürəbbəsinin dənələrini kiçik doğrayınYumurta sarısına qarışdırın.
Krem şantinin 3 də biri və yumurta ağlarıyla da qarışdırıb donmuş ağ şokolad donmuşunun üzərinə tökün.
Soyuducuda saxlayın.

Tünd şokoladlı qat:
Eyni prosesi təkrarlayırıq.
Tünd şokoladı əridirik.
Yumurta sarısına qarışdırın.
sonra 12 saat soyuducuda saxlayırıq.
portağallı qatın üzərinə tökürük.
Üzərinə şokolad, portağal parçaları ilə servis edin.

Nuş olsun!
Etiketlər: yumurta, şokolad, qaşığı, çırpın, yemək, qarışdırın, şəkər, paket, ayırın, ağını, portağal, sarısına, stəkanı, vanillə, Sarısını, olaraq, ağına, şokoladlı, Bərabər, sarısını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN