• Ürək şəkilli rus tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 496

Tarix : 17-07-2016, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:
1 yumurta
200 qram şəkər
50 qram kakao
400 qram un
250 qram kərəyağ
1 paket vanil
1 paket qabartma tozu

içi üçün:
5 yumurta
750 qram labne pendiri
375 qram şəkər
375 qram kərəyağ
2 paket vanil puding tozu
vanil aroması

Üzəri üçün:
şokolad dilimləri
böyürtkən
çiyələk

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırırıq.
Ağını mikserlə çırpıb qar kimi ağ köpük yaranan qədər davam edirik.
Ayrı bir qapda yumurtanın sarılarını və qalan ərzaqları mikserlə çırpırıq, sonra bu ərzağa ayrı qabda köpük yaratdığımız yumurta ağlarının əlavə edirik və taxta qaşıqla qarışdırırıq.
Çırpmırıq ki köpüklər itməsin.
Sonra qəlibimizi kərəyağı ilə yağlayıb xəmirimizin yarısını altına və kənarlarına yayırıq.
Üzərinə iç üçün hazırladığımızı əlavə edirik və sonra qalan xəmirimizi ən üstə xırdalayıb tökürük.
Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 55 dəqiqə bişiririk.
Sobadan çıxardıqdan sonra üzərini təbii meyvələrlə bəzəyirik.

Nuş olsun!
Etiketlər: vanil, paket, edirik, yumurta, sonra, kərəyağ, köpük, mikserlə, şəkər, əlavə, qalan, Sonra, qəlibimizi, kərəyağı, yarısını, xəmirimizin, yağlayıb, yaratdığımız, ağlarının, qaşıqla
BİZİ İZLƏYİN