• Balqabaqlı peçenyeli tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 218

Tarix : 15-07-2016, 22:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket peçenye
Yarım çay stəkanı su
1,5 su stəkanı şəkər
2 kq balqabaq

Kremi üçün:
Yarım su stəkanı şəkər
1 paket vanil
1 yemək qaşığı un
1,5 su stəkanı su

Üzəri üçün:
Döyülmüş qoz

Hazırlanması:
Balqabağın qabığını soyun və dilimləyin, yuyun və bir qazanın içinə suyunu süzüb əlavə edin.
Balqabaqların üzərinə də yarım su stəkanı suyu və şəkəri əlavə edib qazanı qaza qoyun.
Qazanın qapağını bağlayın və balqabaqlar yumşalana qədər bişirin. yumşaldıqdan sonra çəngəl ilə əzin, püre halına gətirin.
Peçenyeləri xırdalayın.
Peçenye qırıntılarını balqabaq püresinə əlavə edib qarışdırın.tortun kremi üçün südü bir qazana töküb vanili, unu və şəkəri əlavə edin, qarışdıraraq bişirin.
Krem bişib qabaranda soyuması üçün qazanı götürün.

Krem soyuduqdan sonra mikser ilə çırpıb tortu bəzəməyə keçirik.
Keks qabına ilk öncə balqabaqlı peçenyeli qarışımın yarısını tökün, düzləşdirin və üzərinə kremi yayın.
Yenə üzərinə qarışımın qalanını tökün.
Üzərinə xırdalanmış qozu səpib soyuması üçün soyuducuya qoyun.
Tortu 1 gecə saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, üzərinə, sonra, tökün, soyuması, qarışımın, qoyun, şəkəri, qazanı, kremi, bişirin, Yarım, paket, balqabaq, şəkər, qarışdırın, soyuduqdan, qazana, püresinə
BİZİ İZLƏYİN